SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur iş adamı Acun Ilıcalı "Survivor"a dəvət etdiyinə görə peşman olduğu insanlardan danışıb.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər.

"Onu biz məşhur etdik, bizim sayəmizdə serialda oynayır. "Survivor" haqqında soruşurlar, "Məndən Survivor haqqında soruşmayın" deyir. Ona zəng edib "qardaş, maraqdan soruşuram, necə məşhurlaşmısan? soruşdum. Mən nankor və qansız adamları sevmirəm. Heç kimdən təşəkkür istəmədim. Toxunduğum insanların çoxu da gözəl sözlər deyir", - deyə Ilıcalı açıqlamasında bildirib.

Acunun bəhs etdiyi şəxsin 2016-cı ildə Survivor finalında iştirak edən və hazırda "Kirli Sepeti" serialında rol alan Serkay Tütüncü olduğu iddia edilib. 

Ötən həftələrdə jurnalistlərin suallarına cavab olaraq "Survivor" haqqında danışan Serkay Tütüncü, "All Star"da iştirak etmək ehtimalım yoxdur. Bu barədə danışmayaq" demişdi.

BAKU.WS
QALEREYA