"O ses Türkiye” mahnı müsabiqəsinə daha bir azərbaycanlı iştirakçı qatılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Ozan Əhmədov səhnədə gitara ilə "Volare” mahnısını səsləndirib.
21 yaşlı iştirakçı bütün münsifləri öz tərəfinə çevirə bilib.

Ozanın "Azərbaycandan sizə salam gətirmişəm. Hər zaman yanınızdayıq, qəlbimizdəsiz” sözləri səhnədə böyük alqışla qarşılanıb.
Əhmədov Hadisə ilə yarışmaya davam etmək istədiyini söyləyib. Daha sonra azərbaycanlı iştirakçı mahnı ifa edib, Hadisə rəqs etməyə başlayıb.
 
BAKU.WS