SİZİN REKLAM BURADA!
055 213 76 73



 

"Müalicəm normal gedir. Xəstəliyimin adı bəllidir, əlbəttə ki, müalicəsi ağrısız olmur. Ağrılarım var. Amma naşükürlük etmirəm, burda məndən pis ağrı çəkənlər olur”.


BAKU.WS xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkidə deyib.

Rejissor bildirib ki, müalicəsinin ikinci hissəsi bitmək üzrədir:


"Müalicəmin birinici hissəsi yaxşı nəticələndi. İkinci hissə də bitmək üzrədir. Bitəndən sonra təcili Təbrizə getməli və bəzi analizlər verməliyəm. Həmin analizlərindən sonra həkimlər qərar verəcək ki, mənə ilik köçürülməsi lazımdır, ya yox.

Hərdən həkimlər mənə şərait yaradır, evə buraxırlar. Bir neçə dəfə ailəmin yanına getmişəm, şəhərə gəzintiyə də çıxmışıq. Burada hər bir şərait qurulub. Amma yenə də darıxıram. İnsan ünsiyyət axtarır".

 

 

BAKU.WS