SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mən təkəbbürlüyəm, amma "qoluboy" deyiləm".

BAKU.WS məlumat verir ki, bunu rejissor Kənan MM (Mahmudov) İnstaqram hesabında yazıb. Rejissor bu sözləri onun ünvanına sərt sözlər yazan internet istifadəçilərinə müraciət edib:

"Mən özümdən razıyam, amma kafir deyiləm. Lovğayam, amma vətən xaini deyiləm! Yekəxanayam, amma haram yemirəm. Təkəbbürlüyəm, amma "qoluboy" deyiləm. Kobudam, amma heç kimin haqqına girmirəm. Özünü sevənəm, amma tanımadığım insan haqqında rəy vermirəm. Allahın mənə verdiyi ömrün saat və dəqiqələrindən boş yerə istifadə edib, qeybət etmirəm. Mən beləyəm. Yaltaq, nankor, etibarsız deyiləm. Bəs sən?Sən necəsən? Özün özün haqqında sual verib gecələr vicdanınla heç baş-başa qalmısan? İnsanın qəlbinin içini bilən yalnız Allahdır. Sonda qərarı da Allah verəcək. Biz sadəcə cümlələr qururuq. Allahın yaratdığı hər kəsi sevirəm. Məndən zəhləsi gedənlərə şad xəbər: mən sizi tanımıram, amma sizin həmişə məndən zəhləniz gedəcək. Çünki siz məni tanıyırsınız".
 
Qeyd edək ki, rejissorun İnstaqram izləyiciləri ilə arasında bir neçə dəfə qalmaqal yaşanıb.
 
BAKU.WS