SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi hovuz qırağında lentə alınan yeni fotolarını izləyiciləri ilə bölüşüb.

İfaçının əynində sarı rəngli çimərlik geyimi, başında isə qara şlyapası olub.

Xalq artistinin fotoları Mərdəkandakı 4 mərtəbəli malikanəsində çəkilib. Sənətçi instaqramının hekayə bölümündə isə oğlu Hüseynin də hovuzdan görüntülərini yayımlayıb.

Röya Ayxan uzun müddətdir ki, evində istirahət edir. Buna səbəb müğənninin sentyabrın 1-2-3-ü tarixlərində Bakı Konqres Mərkəzdə baş tutacaq konsertinə görə məşqlər etməsidir.

BAKU.WS
QALEREYA