SİZİN REKLAM BURADA!
055 213 76 73


"Klon" serialının aktrisası Karla Diaz deputat və hüquq müdafiəçisi nişanlısı Felipe Bekaridən ayrılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Diaz bu barədə sosial şəbəkə hesabında bildirib.

Məlumata görə, cütlüyün ayrılmasına səbəb aktrisanın Felipe Bekarinin ianələri mənimsəməsindən şübhələnməsi olub.

Bekarinin pulu Diaz üçün bahalı hədiyyələrə, eləcə də 2022-ci ildə nişanlarını qeyd etmək üçün getdikləri İtaliyada birgə dəbdəbəli tətillərinə xərclədiyi güman edilir.

Hazırda San-Paulu polisi işi araşdırır.

Felipenin günahkar olması hələlik sübuta yetirilməsə də, qalmaqal onun ulduzla münasibətlərinə təsir edib. Bu gün Diaz deputatdan ayrıldığını bəyan edib.

Xatırladaq ki, cütlük ötən il nişanlanmışdı.

Qeyd edək ki, 32 yaşlı Karla məşhur Braziliya serialı "Klon"da "Xədicə" obrazını canlandırıb.

BAKU.WS
QALEREYA