SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölməsi haqda xəbər vermişdik.

BAKU.WS-in məlumatına əsasən, Səbail rayonu, Badamdar qəsəbəsində qeydə alınan hadisə sən demə, intihar xarakterli olub.

Mərhumun jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsi olmaqla yanaşı, həm də müğənni-bəstəkar Murad Arifin qohumu olduğu ortaya çıxıb.
M.Arif  social şəbəkədə status yazaraq, Fərəhin bibisi nəvəsi olduğunu qeyd edib.

"12 yaşlı Fərəh uçub getdi. Məyusluq, boşluq və hüzn içindəyəm. Yer üzündən bir mələk əskildi. Valideynlərindən heç bir irad, töhmət almayıb. Özü təhsilində prinsipli imiş. O yaşda haqsızlığa hər kəs adekvat münasibət göstərə bilmir. Kimisə qınamaq da olmur. Qismət, qədər. Ananın yeganə balası” – deyə o, qeyd edib.

Xatırladaq ki, Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirərək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.
Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinfində fəal şagirdlərdən biri olub.
 
Aysel.Ş
BAKU.WS