SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova əri Ədalət Hacıyevlə evliliklərinin 35 illiyini qeyd edib.

BAKU.WS xəbər verir ki, cütlüyün şad günü paytaxt restoranlarından birində baş tutub. Təntənəli gecədə Dadaşovanın ailə üzvləri, oğlu Cahad və tanınmış müğənnilər yer alıblar.

Onlar arasında Xalq artistləri Röya Ayxan, Zülfiyyə Xanbabayeva, müğənni Nərmin Kərimbəyova da olublar. 

Xatırladaq ki, Brilliant Dadaşova ilə həya yoldaşı Ədalət Hacıyev 1988-ci ildə evləniblər. Həmin vaxt onların toyunda unudulmaz sənətkar Şövkət Ələkbərova, Xalq artisti, mərhum aktyor Rafael Dadaşov və başqa tanınmışlar yer alıblar.

Qeyd edək ki, sənətçinin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur. Onların bu evlilikdən Cahad adlı bir övladı var.

BAKU.WS
VİDEO