SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktrisası Nebahat Çehre karyerasını sonlandıracağını açıqlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu barədə müsahibəsi zamanı deyib.

"Yeni bir layihə gözləyirəm, hazırlıqları gedir. Yaxşı iş olarsa, ona başlayacağam. İzləyicilərim mənim üçün darıxır. Onlara gözəl vida etmək istəyirəm" deyə, söyləyib.

Qeyd edək ki, Çehre "Aşk-ı Memnu" serialında "Firdevs Yöreoğlu" obrazı ilə yaddaşlarda iz qoyub.

BAKU.WS