SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nigar Camal Londonda BBC kanalına müsahibə verib.

BAKU.WS xəbər verir ki, sənətçi son 26 ildə Birləşmiş Krallığın Avroviziya Mahnı Müsabiqəsində yeganə britaniyalı qalibi kimi prestijli kanala müsahibəyə dəvət alıb.

İfaçı çıxışı zamanı yenidən o illərə qayıdaraq, yarışmada keçirdiyi hislərdən, qalibiyyətindən və Azərbaycanın uğuru barədə danışıb.

Layihə növbəti aylarda Avroviziyanın Grand Finalından əvvəl yayımlanacaq.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycan tarix ərzində birinci dəfə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.

Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə Avropadan olan təmsilçiləri geridə qoydu və yarışmanı "Odlar Yurdu"na gətirdi. Nəticədə 2012-ci il ildə müsabiqəyə paytaxt Bakı ev sahibliyi etdi.

BAKU.WS
VİDEO

QALEREYA