SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli aktrisa Pelin Karahanın həyat yoldaşı Bedri Güntay ikinci dəfə əməliyyat olunub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin əri qabırğasının altındakı sümüyün damara təzyiq göstərməsi səbəbindən yaranana laxtalanmaya görə yenidən bıçaq altına yatıb.

Son olaraq "Şəbəkə" adı serialda baş rolda çəkilən Pelin bu müddət ərzində bir an belə yoldaşının yanından ayrılmayıb.

Güntayın gələn həftə xəstəxanadan çıxacağı öyrənilib.

Xatırladaq ki, cütlük 2014-cü ildə ailə qurub. Onların iki oğlu var.

BAKU.WS