SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Banqladeşdə 3 gündür doğulan oğlan uşağı 80 yaşlı qoca kimi görünür.


BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, həkimlər körpənin 4 milyonda bir təsadüf edilən progeriya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.
Uşağın valideynləri isə ikinci oğul övladlarının dünyaya gəlməsindən çox xoşbəxtdirlər. Onlar hətta uşağın görünüşündən narahat deyillər. Bunu hətta möcüzə kimi qəbul edirlər.

Qeyd edək ki, progeriya – genetik kodda baş verən deffekt nəticəsinə yaranan xəstəlikdir. Buna Getçinson-Gilford sindromu da deyirlər. Bu xəstəlik zamanı uşaqlar 90 yaşlı qoca kimi görünürlər.
 
Bu xəstəlik praktik olaraq qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşa qədər yaşayırlar. 
 
Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər olur, sürətlə qocalırlar. Baş verən əlamətlərdən başlıcası – vaxtından əvvəl dazlıq, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. 
 
Aysel.Ş
BAKU.WS