SİZİN REKLAM BURADA!
055 213 76 73



Banqladeşdə 4 yaşlı oğlan uşağı 80 yaşlı qoca kimi görünür.
 
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Bayezid Hosseyn az təsadüf edilən progeriya xəstəliyindən əziyyət çəkir. Progeriya – genetik kodda baş verən deffekt nəticəsinə yaranan xəstəlikdir. Buna Getçinson-Gilford sindromu da deyirlər. Bu xəstəlik zamanı uşaqlar 90 yaşlı qoca kimi görünürlər.

Bu xəstəlik praktik olaraq qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşa qədər yaşayırlar. 

Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər olur, sürətlə qocalırlar. Baş verən əlamətlərdən başlıcası – vaxtından əvvəl dazlıq, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. 

Bayezid Hosseyndə də bu əlamətlər var. Onun dərisi qocalarda olduğu kimi sallanır, dişləri tökülüb. Yaşlı adamlarda olduğu kimi canı ağrıyır. Sidiyə gedərkən ciddi problemlər yaşayır.

Məhəllədə hər kəs bu körpədən uzaq durmağa çalışır. Uşaqlar isə onunla oynamaq istəmirlər. Halbuki Bayezid həmyaşıdlarından çox daha intellektualdır.
Bayezid Hosseynin fotolarını və videosunu oxuculara təqdim edirik:
 
BAKU.WS