SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Cavanşir Məmmədovun evində xeyir iş olub.

BAKU.WS xəbər verir ki, sənətçinin qız nəvəsi Rəfiqə evlilik yolunda ilk addım atıb. O sevib-seçdiyi bəylə nişanlanıb.

Bu barədə Cavanşir Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib:

"Nəvəm Rəfiqənin xeyir işi oldu. Nişanlandı. Bəy öz qohumumuzdur. Toyun nə vaxt olacağı hələ ki dəqiq deyil. Bu barədə oğlan evi ilə danışıqlar olmayıb".

Nişan məclisində ən diqqət çəkən məqam isə Rəfiqənin nişan üzüyü olub. Onun üzərində qiyməti 28 min AZN qeyd edilib.

BAKU.WS Əməkdar artistin nəvəsinin nişanından görüntülər təqdim edir:

BAKU.WS
QALEREYA