13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Zühal Topalın evlilik verilişinə qatılan İlqar adlı azərbaycanlı iştirakçı nişanlısı Büşradan ayrılıb.

BAKU.WS xəbər verir ki, İlqar canlı yayımda Büşranın barmağından nişan üzüyünü çıxarıb. Cütlük daha sonra bir-biri ilə elə canlı efirdə söz davasına çıxıblar. 
 
Xatırladaq ki, bundan öncə İlqar adlı azərbaycanlı iştirakçı nikahdankənar uşaq qalmaqalı ilə də diqqəti üzərinə çəkmişdi.
 
Daha dəqiq söyləsək, Elvina adlı azərbaycanlı qadın verilişə zəng edərək, İlqarın onunla evli olduğunu söyləmişdi. Hətta onların 9 yaşında bir qızının olduğunu iddia etmişdi. 
 
Veriliş zamanı İlqarın qucağında balaca qız uşağı olan şəkil də yayımlanmışdı. İlqar isə fotonun çoxdan çəkdildiyini demişdi. Uşağın onun olmadığını söyləmişdi.
 
"6-7 il öncə Azərbaycanda yaşayanda sevgilim vardı. Həmin qız o qadının uşağı idi. Bu yaxınlarda mənə zəng etdi, dedi ki, səni unutmamışam. Mən də ona dedim ki, indi həyatımı qurmağa çalışıram. O da dedi ki, mən səni biabır edəcəyəm, evlənməyinə, xoşbəxt olmağına imkan verməyəcəyəm”, deyən İlqar həmin qadından DNT testini tələb etmişdi. Qadının onu şərlədiyini söyləmişdi.

Bu dəfə isə oxuculara İlqarın Büşranın barmağından üzüyü çıxararaq, necə qalmaqal etdiyinin əks etdiyi görüntüləri təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS