SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Günel Zeynalova yeni xəbərlə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi hər il Türkiyədə müəyyən kateqoriyalarda məşhurlara təqdim edilən "Altın Kelebek" mükafatına namizəd olub.

Bu barədə "Altın Kelebek" mükafatının rəsmi səhifəsində məlumat verilib. 

Günelin rəqibləri arasında Ebru Yaşar, Sibel Can, Ebru Gündeş kimi populyar müğənnilər var. Zeynalova "Ən yaxşı arabesk-fantezi musiqisi qadın sənətçisi" kateqoriyasında mübarizəyə qatılacaq.

Qeyd edək ki, 2017-ci ildə "Altın Kelebek” mükafatlandırma mərasiminə dəvət olunan Günel "İnşallah, bir gün mən də "Altın Kelebek" alaram" deyə açıqlama verib. 


BAKU.WS