SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Azad Şabanov sosial şəbəkə paylaşımı ilə gündəm olub. 

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında yeni videosunu yayımlayıb. Əynində şort olan Şabanovun görüntüləri Bakının Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazarı"nda lentə alınıb. 

Azad paylaşımına "Şortik saqqal bazar…. Day-day məni axtarır" sözlərini yazaraq bir neçə həftə əvvəl "Meyvəli bazarı"nda tətbiq edilən şort qadağasına eyham vurub.

Xatırladaq ki, bu ilin avqustun 3-də sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazarı"na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.

Sözügedən elan müzakirələrə səbəb olub və belə bir qadağanın olması sosial şəbəkə istifadəçilərinin tənqid və qınaq obyektinə çevrilib. Uzun müzakirələrdən sonar bazar rəhbərliyi mətbuata bu qadağanın tam aradan qaldırlıdığını deyib. 

BAKU.WS
VİDEO