SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazarı"na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb. Sözügedən elan müzakirələrə səbəb olub və belə bir qadağanın olması sosial şəbəkə istifadəçilərinin tənqid və qınaq obyektinə çevrilib.  

BAKU.WS xəbər verir ki, "ATV xəbər"in çəkiliş heyəti "Meyvəli bazarı"nda olub. Onlar yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışıblar. Çəkiliş qrupu əvvəla bazar rəhbərliyinindən bununla bağlı açıqlama almaq istəyib. Lakin rəhbərlik bu barədə danışmaq istəmədiyini və sözügedən elanın aradan qaldırıldığını bildirib. 

Həmin qadağa sadəcə kişi müştərilərə aid edildiyindən bazarda onların məsələyə münasibəti də öyrənilib. Hər kəs birmənalı şəkildə bu qadağaya etiraz edib. 

Bəs, görəsən, açıq bazarlarda bu cür qadağanın tətbiqi nə dərəcədə düzgündür? Hüquqşünas Ellada Bayramovanın sözlərinə görə, qanunvericilikdə bu qadağa ilə bağlı xüsusi maddə yoxdur. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO