VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Fariz Babayev vəfat edib.

BAKU.WS xəbər verir ki, aparıcı Lamiyə Ələkbərova sosial şəbəkədə Farizlə bağlı paylaşım edib. O, bir zamanlar onunla eyni kanalda çalışan mətbuat işçisinin vəfatına görə dərin kədər və təəssüf hissi keçirdiyini bildirib:

"Fariz, əziz dost, gözəl operator, gözəl insan, mərd oğlan. Bu nə gediş? Bu nə pis xəbər? Niyə belə tələsdin ölümə? Sənin çox böyük arzuların var idi. Təhminəni Fatehlə tək qoymaq da var imiş, onları tək qoyub bu dünyanı tərk etmək də var imiş! Nə vəfasız oldun, Fariz. Səndən heç gözləməzdim. Yeni ünvanın, yeni məkanın cənnət olsun cavan, gülərüz, gözəl, həyatsevər, arzuları ürəyində qalan dost! Səndən sonra çəkdiyin o verilişlər və verilişlərin sonunda yazılan adın və soyadın qalacaq TV-də. Əlvida".

Xatırladaq ki, 39 yaşlı F.Babayev məzuniyyətdə olarkən dünyasını dəyişib. O, evli idi və azyaşlı övladı var.

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA