SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Seda Sayanın 11 yaşlı ögey oğlu Artur Ötken ünvanına səslənən tənqidlərə etiraz edib.

BAKU.WS xəbər verir ki, azyaşlının sosial şəbəkə izləyicilərindən biri ona "Seda kimi anan var, arxan yerə gəlməz" sözlərini söyləyib. 

Bundan qəzəblənən Artur "Seda mənim anam deyil, mən ona "bacı" deyirəm. Öz anam sayəsində arxam yerə gəlməz. Seda bacı deyil, anam hər zaman mənim arxamdadır". 

Xatırladaq ki, 59 yaşlı Seda Sayan özündən 24 yaş kiçik musiqiçi Çağlar Ötkenlə ailə həyatı qurub. Bu, Çağların ikinci, Sedanın isə 7-ci evliliyidir. Ötkenin ilk ailə həyatından 11 yaşlı Artur adlı övladı var. 

Zöhrə Pənahi
BAKU.WS