Xalq artisti Miri Yusif pandemiyadan sonra ilk dəfə böyükmiqyaslı konsert verib.

BAKU.WS xəbər verir ki, Yaşıl Teatrda üçgünlük marafonu başladan sənətçi səhnədə sevilən hitlərini səsləndirib.

Mavi yay libasıyla səhnəyə çıxan ifaçını vokalçı da daxil olmaqla, 10-a yaxın musiqiçi müşayiət edib. Gözoxşayan səhnə tərtibatı isə gecəyə xüsusi rəng qatıb.

Canlı ifaları ilə qonaqlarına bayram ab-havası yaşadan müğənnini izləməyə gələnlər arasında tanınmış simalar da yer alıb.

2000 nəfər tutumu olan məkanda ayaqüstü zona da mövcud olub. Tamaşaçıların reaksiyası gecəni daha da "alovlandırıb".

İki saatdan çox səhnədə qalan sənətçi sonda dillər əzbəri olan "Ya Qarabağ, Ya ölüm" mahnısını da səsləndirib.

Qeyd edək ki, Miri Yusifin konsert marafonu bu gün və sabah da davam edəcək. 2 iyul üçün planlaşdırılan konsertin də bütün biletləri satılıb. Onu da bildirək ki, konsertin təşkilatçısı "SS Production"dır.

BAKU.WS
VİDEO

QALEREYA