SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar ard-arda yeni layihələr təqdim edən Xalq artisti Röya Ayxan bu dəfə geyimi ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi libasının qiyməti ilə hər kəsi təəccübləndirib. Onun əynindəki bahalı geyimləri ümumilikdə "Christian Dior" markasına aid olub. 

Xalq artistinin köynəyi 3600 dollar (təxminən 6 120 AZN), ətəyinin qiyməti isə 4130 dollar (təxminən 7021 AZN) olub. 

Sənətçi libasını "Christian Dior"a aid çanta ilə tamamlayıb. Onun qiyməti 4327 dollardır (təxminən 7 355 AZN).

Röya Ayxanın geyimlərinin ümumi dəyəri 12 057 dollar (təxminən 20 496 AZN) təşkil edib. 

Bu haqda "Kim haradan geyinir?" səhifəsi məlumat yayıb. Sənətçi bahalı libasında lentə aldırdığı fotoları sosial şəbəkə hesabında yayımlayıb. Onun geyimi müzakirələr yaradıb.

BAKU.WS
QALEREYA