13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Hazırda ailəsi ilə birlikdə Türkiyədə istirahətdə olan müğənni Günay İbrahimli sevgilisi üçün darıxdığını bildirib.

BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram” bloqunda sevgilisi ilə birgə çəkdirdiyi fotosunu paylaşaraq, türkcə "Özlədim” (Darıxdım) – qeydini yazıb.
Onu da bildirək ki, G.İbrahimli sevgilisinin bir tək avtomobil idarə edərkən qolunun müəyyən hissəsini əks etdirən şəklini paylaşıb.

Onu da əlavə edək ki, bu ilin aprelində G.İbrahimli həyatında sevdiyi insanın olduğunu bildirmişdi. Onun həddən artıq qısqanc olduğunu demişdi:
"Adamı kiminsə qısqanması yaxşıdır, amma qədərində... Bu il ailə həyatı qurmağı düşünmürəm, belə bir planım yoxdur”.

Oxuculara G.İbrahimlinin paylaşdığı həmin fotonu təqdim edirik:
 
Aytən Həsənova
BAKU.WS