SİZİN REKLAM BURADA!
055 213 76 73


Serenay Sarıkayanın keçmiş sevgililəri Kerem Bürsin və Cem Yılmaz ötən axşam eyni məclisdə bir araya gəliblər.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, ikilinin dəvətdəki səmimi görüntüləri sosial şəbəkədə gündəm olub.

Xatırladaq ki, Kerem Bürsin və Serenay Sarıkaya 4 ilə yaxın eşq yaşadıqdan sonra 2019-cu ilin aprelində ayrılmaq qərarına gəliblər.

Bir müddət tək qalan Sarıkaya özündən 19 yaş böyük komediya ustası Cem Yılmazla eşq yaşamağa başlamışdı. Cütlük daha sonra ayrılıq qərarı almışdı.

BAKU.WS