SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan Türkiyədə lentə alınan “Ağla” adlı klipini təqdim edib.

BAKU.WS xəbər verir ki, Müjdat Küpşinin çəkdiyi ekran işi "Youtube", "Apple Music", "Spotify", "Deezer" və digər musiqi platformalarında yerləşdirilib.

Sözləri Cəlal Qurbanov, musiqisi Muxtar Abseynova məxsus bəstənin görüntü rejissoru Murat Tuncerdir.

Röyanın obrazı üzərində Bener Hamamcı çalışıb, geyimlərini məşhur modelyer Gülşah Saraçoğlu hazırlayıb.

Layihənin baş prodüseri Kənan Bayramovdur.

Qeyd edək ki, M.Küpşi bundan əvvəl Röyanın “Xəyanət”, “Mən sənsiz”, “Sənə ehtiyacım var”, “Unutmaq lazımdır” kimi layihələrini lentə alıb.

M.Küpşi Demet Akalın, Aslı Hünel kimi tanınmış simalarla əməkdaşlıq edib.

BAKU.WS
VİDEO

QALEREYA