SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Röya Ayxan Türkiyəyə yola düşüb.

BAKU.WS xəbər verir ki, pop ulduz bu dəfə həmkarı Rüfət Axundovla səfərə yollanıb. Buna səbəb məşhur müğənninin Axundovla ifa etdiyi "Nə badə" duetini (sözləri Orxan Mürvətli, musiqisi Fərid Kərimli) ekranlaşdırmaq istəyidir.

R.Ayxan klip üçün seçimini yenə rejissor Müjdat Küpşidən yana edib. O bundan əvvəl Röyanın "Xəyanət", "Mən sənsiz", "Sənə ehtiyacım var", "Unutmaq lazımdır" kimi layihələrini lentə alıb. Klipin çəkilişləri İstanbulda baş tutacaq və bir neçə gün davam edəcək.

Röya uzaq səfərləri sevmədiyi üçün klip çəkilişləri zamanı orada qalmağı planlaşdırır.

Qeyd edək ki, M.Küpşi Demet Akalın, Aslı Hünel kimi tanınmış simaların da kliplərini lentə alıb.

BAKU.WS
QALEREYA