SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Eldəniz Məmmdəovla həmkarı Gülay Zeynallı arasındakı gərginlik bitmək bilmir. 

BAKU.WS xəbər verir ki, Eldəniz "Maqazin+" verilişinə müsahibəsi zamanı Gülayın ona qarşı böyük hörmətsizlik etdiyini deyib:

"Gülay mənə qarşı hörmətsizlik edib. Bacısının evinə getmişdim. Mənimlə maraqlanmadı. Mən də incidim ki, sizin evə gəlmişəm mənə qarşı diqqətsizlik edirsən. Ona görə də oradan çıxıb getdim".

Qeyd edək ki, Gülay müsahibələrindən birində Eldənizin ondan mənasız yerə incidiyini buna görə də onunla barışmayacağını bildirib. 

BAKU.WS