SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Son günlər "İnstagram”da ağsaçlı yaraşıqlı kişi populyarlıq qazanmaqdadır.

BAKU.WS xəbər verir ki, Canluki Vakki adlı 49 yaşlı kişi sən demə, milyonçu imiş. Sosial şəbəkədə o, dəbdəbəli həyat tərzi ilə yanaşı, rəqsləri ilə də diqqət çəkir. 

Qeyd edək ki, C.Vakki "SEA Societa Europea Autocaravan SPA” şirkətinə rəhbərlik edir və "Fin Vacchi Finanziaria Vacchi” şirkətinin rəhbər işçilərindəndir.
Canluki Vakki gözəl yaşamağı çox sevir. Onun bədəni başsan-ayağa döymələrlə doludur.

Ondan bir dəfə nəyə görə bədəninə bu qədər döymə etdirdiyini soruşanda, milyonçu "Həyat elədir ki, hər zaman güzəştə getmək məcburiyətində qalırsan. Həyatımda elə bir məqam gəldi ki, daxildən, yoxsa zahirdən "çirklənmək” arasında seçim etmək  məcburiyyətində qaldım. Mən ikincini seçdim” - deyib.
Canluki Vakkinin foto və videolarını oxuculara təqdim edirik:
 
BAKU.WS