SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
"Pretty Woman" (Xüsusi Bir Qadın) filmini izləyənlər bilir. O filmdə, zəngin və yaraşıqlı iş adamı Edvard (Riçard Gir) ətrafındakı qadınlardan və həyatının yeknəsəkliyindən çox sıxıldığı bir anda yüngül həyat tərzi yaşayan Vivian (Culiya Roberts) ilə tanış olur və aralarında fərqli bir eşq macərası başlayır. Avstriyalı milyoner Klaus Şvaykert də buna bənzər bir eşq yaşayacağını düşünsə də, sonradan real həyatın filmlərdən fərqli olduğunu öyrənir. 
 
BAKU.WS məlumat verir ki, Avstriyada yaşayan 58 yaşlı Klaus Şvaykert ömrü boyu işləyərək böyük bir sərvət yığan milyonçulardan biri kimi tanınır. Böyük sərvəti olmasına baxmayaraq tək idi:
 
"Tez-tez xarici ölkələrə səfər etsəm də təkliyimi heç nə ilə ovuda bilmirdim. Günlərin birində dostum mənə fahişəxanadan bir qız çağırmağı təklif etdi. Bununla əhvalımın nisbətən düzələcəyini dedi. Fahişəxanalardan birinə zəng edərək bir qadın istədim. Lusiya ilə tanışlığı belə başladı".

Klaus bildirib ki, Lusiya onunla münasibətə girmədən öncə şampan təklif edib, daha sonra yemək hazırlayıb. 29 yaşlı Lusiyaya 2 saatlıq xidmətinə görə Klaus tam 400 avro ödəyib:
 
"Digər yarımı tapdığımı hiss etdim. O da belə hiss etdi və bütün gecəni mənimlə keçirəcəyini, pul almayacağını demək üçün müdirinə zəng etdi". 

Bundan bir müddət sonra Klaus 29 yaşlı sevgilisinə evlənmə təklifi edib. Lusiya da tərəddüd etmədən Klausun təklifinə hə deyib. Ailələrinin və dostlarının iştirakı ilə toy mərasimi baş tutub. Hər şey ilk vaxtlar fərqli və gözəl olsa da, Klausun xoşbəxtliyi uzun çəkməyib. Bir gün Klaus avtomobil qəzasına düşərək xəstəxanaya düşür. Həyat yoldaşı ilk vaxtlarda onu tez-tez ziyarət etsə də, daha sonra naməlum şəkildə yoxa çıxıb. Uzun axtarışlardan sonra məlum olub ki, Lusiya Klausun bütün sərvətini yığaraq Çexiyaya qaçıb. Hətta özünə sevgili də tapıb. Yaşlı adam indi bir qəpiksiz xəstəxanada qalır. Klaus bildirib ki, o Lusiyanı hələ də sevir və ondan heç nə gözləmir, heç onları axtarmaq fikri də yoxdur. 
 
BAKU.WS