SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səudiyyə Ərəbistanın kral ailəsinin gəlini Deena Əbdüləziz tərzi ilə dünya mediasının ulduzuna çevrilib.
 
BAKU.WS məlumat verir ki, onu digərlərindən fərqləndirən özünəməxsus tərzidir. Deena üslubu və həyat tərzi ilə qadın haqlarına görə dünyada ən sonuncu yerlərdə olan Səudiyyə Ərəbistan haqqında fərqli təəsürat bağışlayır. O sanki qadınlarını çadraya bürüyən bir ölkənin vətəndaşı deyil. Özü də həmin ölkənin kral ailəsinin gəlinidir.

Deenanın bu özünəməxsusluğunu və fərqliliyini uzun müddət Nyu Yorkda yaşamasının təsiri kimi qiymətləndirirlər. Tərzi və üslubu dünya mediyasının da diqqətini çəkən Deena bir çox moda nümayişlərində iştirak edir.
 
Tez-tez qabaqcıl brendlərin butiklərinin açılışlarında da görünən Deena Riyadda yaşayan qadınlar üçün geyim markaları ilə danışıqlar aparıb. Həmin markalara Riyad qadınlarının həyat tərzinə uyğun libaslar hazırlanmasını xahiş edib. 
 
BAKU.WS