SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov təyyarə alıb.

BAKU.WS-in məlumatına görə, "Gündəm.az"ın Moskvadakı mənbələrindən bildirilib ki, təyyarə Rusiya istehsalı olan "Sukhoi Superjet" modelidir. Bu, aztutumlu sərnişin hava nəqliyyat vasitəsidir. Təyyarə maksimum 100 sərnişin daşıya bilir. Məlumata görə, onun dizaynı dəyişdiriləcək.

"Sukhoi Superjet" ilk dəfə 19 aprel 2011-ci ildə istismara verilib. Təyyarə Rusiyanın Komsomolsk-Amur şəhərində yerləşən aviasiya zavodda istehsal olunub. Bu günə qədər sözügedən təyyarədən 200 ədəd istehsal edilib. Hazırda onlardan 162-si istifadə olunur.

Xatırladaq ki, Fazil Əmiraslanov neçə illərdir ki, Moskvada iri bizneslə məşğul olur. Onun "Bakkara XXI", "Luç-SB" , "Sofiya ML" "Korvet İnvest" kimi iri şirkətlərinin sahibidir. Bundan başqa onun Rusiya paytaxtında “Mayak” adlı Ticarət Mərkəzi də var.

Onun şirkətləri restoran, daşınmaz əmlakın alqı-satqısı, habelə topdansatış ticarəti üzrə ixtisaslaşıb.

Rəqsanə İsmayılova həyat yoldaşı ilə 2011-ci ildə məclislərdən birindən tanış olub. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib.

BAKU.WS