SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İyulun 15-də Türkiyədə bir qrup əsgərin hərbi çevrilişə cəhd etməsindən sonra prezident Rəcəb Tayyip Ərdoğanın çağırışı ilə meydanlara çıxanlardan biri də müğənni Nihat Doğan olub.

BAKU.WS xəbər verir ki, Nihat Doğan qiyam baş verən gecə Mahmudbəy küçələrində çəkdiyi videonu istifadəçisi olduğu sosial şəbəkədə paylaşıb.

"Qiyamçı alçaqlara qarşı hər kəs küçələrə”, - qeydini yazan müğənni, "Bunlar Qazi Məclisini bombalayacaq qədər xain imişlər. Hər kəsi küçələrə axışmağa dəvət edirəm, demokratiyaya sahib çıxın”, - deyə əlavə edib.

Mahmudbəydə 2 tankı əsgərlərdən aldıqlarını qeyd edən N.Doğan onu tənqid edənlərə mesaj verməyi də unutmayıb. O, "twitter" mikro-bloqunda "Küçələrə tankların qabağına çıxın” çağırışıma "özün çıx" deyən alçaqlar, biz onsuz da küçədə tankların üzərindəydik. Evdən çıxarkən anamla halallaşdım. Dedim ki, bu Vətən üçün ölməyə hazıram.... Küçədə insanlarla bir yerdə iki tankı ələ keçirib üstünə çıxdıq"- yazıb. 
 
BAKU.WS