SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktrisası Aybüke Pusat kirayə qaldığı evin sahibi ilə problem yaşayır.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 2014-cü ildə qatıldığı gözəllik yarışması ilə adından söz etdirən Aybüke Pusat hazırda yaşadığı evə görə çətin günlər keçirir.

Belə ki, Pusat İstanbulun Beşiktaş bölgəsində yerləşən evdə qalmaq üçün 1 illik ödənişi, yəni 41 min lirəni əvvəlcədən ödəyib. Əmlak sahibi isə bir müddət sonra Aybükedən evdən çıxmağını tələb edib.

Aktrisa evdən çıxmaq istəmədiyi üçün tərəflər məhkəməlik olub. Pusat ev sahibini yüksək kirayə haqqı vermək üçün onu evdən çıxarmaq istəməkdə ittiham edib.

Xatırladaq ki, aktrisa yaxın zamanda "Hayaller ve hayatlar" serialında rol alacaq.

BAKU.WS