VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizimləsən" verlişinin çəkiliş heyəti bir müddət əvvəl ağır yol qəzasına düşən müğənni Baba Dərələyəzliyə baş çəkib.

BAKU.WS xəbər verir ki, artıq iki aya yaxındır müalicə alan sənətçi başına gələn ağır yol qəzasından danışıb. Baba bədbəxt hadisənin ev şənliklərindən birindən qayıdarkən Bakı-Şamaxı yolunda baş verdiyini bildirib:

"Qəza vaxtı mən yatmışam. Avtomobili sürücüm idarə edirdi. O, mənim dayımoğludur. Hazırda daxili orqanlarımdan şikayətim yoxdur. Amma əməliyyat zamanı ayağıma taxılan dəmirlər yeriməyə imkan vermir. Bu günkü günümüzə şükr əgər ölmədiksə bunlar da keçər".

Qeyd edək ki, ağır yol qəzası sənətçinin daxili orqanlarında fəsadlar yaradıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Babanın dalağını çıxardıblar, qara ciyərinin isə bir hissəsini kəsiblər.

Ətraflı videoda:

BAKU.WS
VİDEO