SİZİN REKLAM BURADA!
055 213 76 73


“Salt bea” hərəkəti ilə məşhurlaşan türkiyəli aşpaz Nusret Gökçe yeni xəbərlə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o, iki ildən sonra anasını ziyarət edərək onunla görüşüb. Anasının Nusretə ilk sözü “Çox arıqlamısan” olub.

Həmin görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələr yaradıb. İstifadəçilər məşhur aşpazın anasının kiçik daxmada qaldığını bildiriblər.

Nusretin milyonlar qazanmasına baxmayaraq, valideyninin belə evdə yaşaması izəyicilərin qəzəbinə səbəb olub. Onlar "Oğul dünyanın pulunu qazanır, anasının yaşadığı ev isə daxmaya bənzəyir" sözlərini yazaraq aşpaza kəskin etiraz ediblər.

BAKU.WS
VİDEO