SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Sevda Yahyayevanın sosial şəbəkələrdə yeni görüntüləri yayımlanıb.

BAKU.WS xəbər verir ki, hazırda Avropada istirahətdə olan sənətçi Milad yarmarkaları ilə yanaşı bəzi geyim və paltar dükanlarını da gəzib. Ayaqqabı mağazalarından birində olan qadın ayaq geyimi Yahyayevanın diqqətini çəkib.

O, ayaqqabının qiymətinin 530 avro (təxminən 1021 AZN) olduğunu, lakin bu tərz ayaq geyimlərini bəyənmədiyini bildirib:

"Görürsünüz, nə qədər müxtəlif zövqlü insanlar var. Məsələn, bizim ölkədə bu ayaqqabını kim geyinər? Mən geyinə bilmərəm".

Qeyd edək ki, Yahyayeva bir neçə gün əvvəl instaqramında paylaşım edərək Milad bayramını keçirmək üçün əri Zakir Bayramovla Avropaya yollandığını deyib.

BAKU.WS
VİDEO