SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Mələkxanım Eyyubova bloger qızı Nəzrin Nəcəfova ilə verilişə qatılıb.

BAKU.WS xəbər verir ki, ixtisasca rəssam olan Nəzrin anası ilə aparıcı Aytəkin Mərdanovanın “Bağ havası” proqramında qonaq olub.

Sosial şəbəkə izləyicilərinin bloger kimi görməyə öyrəşdiyi Nəcəfova bu dəfə aparıcını təəccübləndirərək aşpazlıq qabiliyyətini nümayiş etdirib. Veriliş zamanı Nəzrin bir çox bölgələrimizdə hazırlanan “Tünbəki” yeməyi hazırlayıb. 

Mələkxanım Eyyubova qızlarının və gəlininin mətbəxi çox sevdiklərini, onların tez-tez dadlı şirniyyatlar və yeməklər hazırladığını deyib.

Onu da bildirək ki, Nəzrin Nəcəfova hazırda dizayner olaraq çalışır.

Qeyd edək ki, Xalq artisti Mələkxanım Eyyubova Xosrov Nəcəfovla ailələdir. Onların bu evlilikdən iki qız, iki oğlan övladı var. 

BAKU.WS
VİDEO