SİZİN REKLAM BURADA!
055 213 76 73


Britaniyalı populyar müğənni Dua Lipa məşhur modellər Bella və Giginin qardaşı Anvar Hadidlə ayrılıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Lipa və model sevgilisinin karyeraları üçün bir müddətdir görüşmədikləri bildirilir.

İddialara görə, cütlük bir il beş aydır bir yerdə görünməyib.

Dua Lipanın London və Los-Ancelesdə albom çəkilişləri ilə məşğul olduğu, Anvar Hadidin isə itləri Dexterlə Nyu-Yorkda qaldığı məlumdur.

Təxminən iki ildir sevgili olan cütlüyə yaxın mənbənin xəbərinə görə onların münasibəti böhran yaşayır və ikisi də ayrılıq barədə düşünürlər.

Məşhurlar özləri isə məsələ ilə bağlı fikir bildirməyiblər.

BAKU.WS