SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün türkiyəli aktyor Kaan Urqancıoğlu əyləncə məkanlarından birindən çıxarkən görüntülənib. 

BAKU.WS xəbər verir ki, sərxoş vəziyyətdə olan aktyor məkan çıxışında onu çəkmək istəyən jurnalistləri görərkən əsəbiləşib. Kaan media nümayəndələrinin onu çəkməyə davam etdiyini görəndə isə onlara çəkilişi dayandırmaları barədə xəbərdarlıq edib: 

“Spirtli içki qəbul etmişəm, açıqlama verməyəcəyəm. 2 saatdır məni gözlədiyinizi bilirəm. Köməkçilərimlə şam yeməyinə gəldim. Nə soruşmaq istəyirsənsə, səhər məndən soruşun. İndi məndən heç nə soruşa bilməzsiniz!”

Daha sonra Urqancıoğlu operatorlardan birinin kamerasına hücum edərək çəkilişə mane olmaq istəyib. Qeyd edək ki, aktyor hazırda Türkiyədə reytinqlərdə ilk sıralarda qərarlaşan "Yargı" serialında Ilqaz obrazını canlandırır. 

BAKU.WS
VİDEO