SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Nuran Hüseynov (Hacı Nuran) sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, xəstəliyi ilə əlaqədar yenidən Almaniyaya gedəcəyini qeyd edib:

"Yenə mənə yol göründü. Səhhətimlə bağlı Almaniyaya gedirəm. Son vaxtların gərgin iş rejimi orqanizmimə birbaşa təsir etdi. Əslində, belə olacağını bilirdim. Çünki həkimlər mənə gərgin iş rejimini qadağan ediblər. Amma nə edim ki, həyat qaynayarkən sakit dayanmaq mənə xas deyil.

Səhhətimdəki problemləri dostlarım, yaxınlarım yaxşı bilir. Hətta məni zorla da olsa, xəstəxanaya yatıranlar, müalicə edənlər olub. Bunun üçün məni həmişə müalicə edən Almaniyanın Düsseldorf şəhərindəki onkoloji klinikaya gedib xərçənglə mübarizəmi davam etdirməliyəm”.

BAKU.WS
QALEREYA