SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Nərgiz Əliyevanın başına xoşagəlməz hadisə gəlib. 

BAKU.WS xəbər verir ki, tanımadığı naməlum şəxs aktrisanın avtomobilinə hücum edib. Hadisə Fəvvarələr meydanında baş verib. 

Bu haqda Nərgiz sosial şəbəkə hesabında bildirib. O, instaqram hesabında hadisənin baş vermə anını əks etdirən görüntüləri yayımlayıb. Aktrisa tanımadığı şəxsin onun avtomobilinə hücum etdiyini, lakin dərhal maşınının qapılarını bağlayaraq özünü müdafiə etdiyini bildirib:

"Dünən axşam saat 17 radələrində şəhərin mərkəzində bir kişi mənim maşınıma yaxınlaşdı. Yaxşı ki, həmin dəqiqə qapıları bağladım. Bu insan avtomobilimin qapısını açmağa çalışdı və maşının pəncərəsinə yumruqlar vururdu.

Çox qorxmuşdum, maşında mənim qızım da ola bilərdi. Bir neçə dəfə yumruqla avtomobilin şüşəsinə vurduqdan sonra mən onu telefona çəkməyə başladım ki, bəlkə, çəkinə. Nə isə, bunu yazmağımda məqsədim nədir?! Həmin dəqiqə heç kim heç nə etmirdi, kənardan kişilər baxıb gülürdü.

Azərbaycan polisindən xahiş edirəm, bu insanı tapıb izahatını alsın. Çünki bilmək olmaz, sabah nə olacaq və kimin qarşısına çıxacaq".

BAKU.WS
VİDEO