SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı aktyor Alek Bolduin oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı silahdan açdığı atəş nəticəsində kinooperator Qalina Xatçins faciəli şəkildə həlak olub. 

BAKU.WS xəbər verir ki, çəkiliş meydanında kinematoqrafın qətlə yetirilməsi ilə bağlı yenidən məsələ qaldırılıb. Bildirilib ki, senaridə hadisənin baş verdiyi səhnədə tapança ilə atəş edilməməli idi.

Filmin senarisi üzrə ekspert Mami Mişel Bolduini və prodüserləri diqqətsizlikdə ittiham edib.

Mişel bildirib ki, ssenariyə görə, hadisənin baş verdiyi səhnədə üç iri plan olub. Bu planlarda silahdan atəş açmağa ehtiyac yox idi. O, Bolduini "rus rulet oyunu"nda ittiham edib, tapançadan nəzarətsiz atəş açdığını deyib.

Xatırladaq ki, Bolduin müsahibələrindən birində bunun trilyonda bir rast gəlinən bədbəxt hadisə olduğunu qeyd edib:

“Bu günə qədər filmlərdə və teleşoularda nə qədər güllə atılıb? Praktiki olaraq hər hansı hadisə baş verməyib. Qalina Xatçins mənim dostum idi. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik, bu dəhşətli hadisə baş verdi”.

BAKU.WS
QALEREYA