SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən müğənni və bəstəkar Pərviz Mahmudovdan xəbər var.

BAKU.WS xəbər verir ki, hazırda sənətçinin səhhəti yaxşıdır. Bu haqda ifaçı özü məlumat verib. O sosial şəbəkədə fotosunu yayımlayaraq “Mənə dua edən hər kəsə təşəkkür edirəm” şərhini yazıb.

Xatırladaq ki, Pərviz noyabrın 10-da beyinə qan sızması nəticəsində xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt vəziyyəti ağır olan müğənni uzun müddət idi ki, reanimasiyada müalicə alırdı.

 

BAKU.WS