SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni və model Peris Hiltonun toyu olub.

BAKU.WS xəbər verir ki, o, uzun müddətdir eşq yaşadığı iş adamı Karter Reumla ailə həyatı qurub. İki il nişanlı qalan cütlük ailə üzvlərinin və yaxınların qatıldığı mərasimlə münasibətlərini rəsmiləşdiriblər.

Dəbdəbəli toy məclis Perisin babasının bahalı malikanəsində baş tutub. Model özəl günündə "Oscar de la Renta" markalı gəlinlik geyinib. 

Məşhurun xoş gününə Emma Roberts, Eşli Benson və Bibi Reksa kimi tanınmışlar qatılıblar. 

Qeyd edək ki, Peris Hilton “Hilton” otellər şəbəkəsinin varisidir. O, iş adamı Karter Reumla bu ilin fevralında nişanlanıb.

BAKU.WS
QALEREYA