SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor Ülvi Həsənli maraqlı addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Həmin Zaur” proqramına qonaq olan aktyor toyuna pul yazdıran məşhurların siyahısı olan dəftəri də özü ilə gətirib.

Veriliş zamanı aparıcı Zaur Kamal həmin siyahıdan Ülvinin 2019-cu ildə baş tutan toyuna müğənnilərin nə qədər pul yazdırdıqlarını açıqlayıb.

Məşhurlar Ülvinin toyuna aşağıdakı məbləğləri yazılıblar:

Müğənni Türkan Vəlizadə - 100 AZN

Müğənni Əbdül Xalid - 200 dollar (340 AZN)

Aktyor Elcan Əlizadə - 100 dollar (170 AZN)

Əməkdar artist Ruhəngiz Allahverdiyeva - 100 AZN

Rejissor-aktyor Kənan M.M - 50 AZN

Müğənni Sevda Yahyayeva - 100 AZN

Aktyor Elşən Orucov - 100 AZN

Aktyor Fərda Xudaverdiyev - 100 AZN

Müğənni Manaf Ağayev - 100 AZN

Müğənni Roza Zərgərli - 200 AZN

Aparıcı Zaur Kamal proqram zamanı müğənni Sevda Yahyayevanın toyuna 300 AZN yazdırmaq istədiyini, lakin 200 AZN yazdırdığını etiraf edib.

Xatırladaq ki, Ülvi Həsənli 2019-cu ilin iyunun 25-də sevdiyi Esya adlı xanımla ailə həyatı qurub. Cütlük aktyor İslam Mehrəliyevin toyunda tanış olub.

BAKU.WS
VİDEO

QALEREYA