SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl müzakirələrə səbəb olan fikirlərindən danışıb.

BAKU.WS xəbər verir ki, “Tarixin bir günü” proqramına qatılan aktrisa dediyi hər bir sözün hələ də arxasında dayandığını bildirib:

“Mən səsləndirdiyim bütün fikirlərimdə qalıram. Sadəcə xəstə beyinli insanlar var ki, onlar sözlərimi başqa yerlərə yozdular. Bütün qadınlarda məqsəd demək olar ki, eynidir. Mən xoşbəxt olmaq üçün ailə qururam.

İstəmirəm dağılsın. Bütün ailələrdə maddi imkanın aşağı olması müəyyən vaxtdan sonra problemlərə gətirib çıxarır. Mən öz ailəmdə pul problemi yaşamaq istəmirəm. Kimsə yaşamaq istəyirsə, buyursun, yaşasın. Mən uşaqlarım gözəl məktəblərdə oxusun deyə ailə həyatı qururam. Buna kim etiraz edə bilər?”

Qeyd edək ki, aktrisanın "Kasıb oğlana ərə gedərsiniz" sualına verdiyi cavab ölkə gündəmində müzakirələr yaratmışdı. Abıyeva isə bu sualı belə cavablandırmışdı:

"Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz. Hansısa oğlan deyirsə, kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qoparmalıdır. "Kasıbam, kasıb ailədə doğulmuşam" deyib kənara çəkilməyin. Kasıblıqdan milyonçuluğa qalxan var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar".

BAKU.WS
VİDEO