SİZİN REKLAM BURADA!
055 213 76 73


“Buludlar” mahnısı ilə məşhurlaşan "Cin" ləqəbli müğənni Ceyhun Zeynalov özünə yeni biznes qurub.

BAKU.WS xəbər verir ki, o, paytaxt Bakınının mərkəzi yerlərindən birində qəhvə məkanı açıb.

Bu haqda Zaur Kamal aparıcısı olduğu “Həmin Zaur” verilişində deyib. Proqrama dəvət olunan müğənnilər Ceyhunu yeni biznesi münasibəti ilə təbrik ediblər.

Daha sonra Zaur efirdəki qonaqlardan bizneslərinin olub-olmadığını soruşub.

Müğənni Vüqar Muradov yaxın zamanlarda restoran açmaq istədiyini bildirib:

“Əvvəllər restoranım olub. İndi də istəyirəm, yenidən açım. Kulinariyaya böyük həvəsim var. Fərqli təamlar hazırlayıram. Dostlarım da deyir ki, dadlı yeməklər bişirirəm”.

Vüqardan fərqli olaraq müğənni Orxan Babazadənin restoranları var. İfaçı sənət dostlarını və tanınmışları başına yığaraq bir neçə dəfə restoranlarının açılışını edib.

Efirdə qonaq olan digər sənətçi Rahidə Baxış isə yaxın zamanlarda özünə yeni biznes quracağını açıqlayıb.

Xanəndə Rövşən Əziz isə hazırda heç bir biznesi olmadığını, lakin müəllim kimi fəaliyyət göstərdiyini, pandemiyada da bunun hesabına dolandığını bildirib.

BAKU.WS
VİDEO