SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi bir neçə gün əvvəl həmkarları Elton Hüseynəliyev və Xəyyam Nisanovun “Əməkdar artist” fəxri adı almasından sonra qalmaqallı açıqlama verib. Onun sensasiya yaradan fikirləri digər həmkarları tərəfindən birmənalı qarşılanmayıb.

Onlar Nadirin bu etirazını əsassız hesab edərək ona qarşı sərt çıxışlar ediblər. Qafarzadənin isə həmkarlarına cavabı gecikməyib. O, instaqram hesabında video yayımlayaraq  ünvanına fikirlər söyləyən həmkarlarına qəzəblənib və onları təqhir edib:

"Ömür boyu kiçiklər danışıb, böyüklər isə danışılıb. Kiçiklər, özündən xəbərsiz olanlar mənim haqqımda danışırlar. Guya mənim bostanıma söz atırlar. Özünüzdən soruşun ki, "Siz kimsiniz? Sənətə necə, hansı yollarla gəlmisiniz?" Qucaqlarda gəzənlər, bədənlərini nümayiş etdirənlər, bədən hesabına sənətkar olanlar. Siz kimə söz atırsınız, mənə? Gedin qanqal otlayın, qucaqlar sizi gözləyir. Yadınızdan çıxıb, deyəsən, keçmişiniz, unutmusunuz. Çox şeyi yada sala bilərəm. Sadəcə mən abırlı insanam".

Qəzəbi soyumayan Qafarzadə video ilə yanaşı status da yazıb. O, yazdığı sözlərlə yenə də həmkarlarının ünvanına təhqir dolu sözlər söyləyib:

"Atalar sözü var - "İtə sahibinə görə hörmət edərlər". Deyəsən, yağış yağıb, çatlar örtülüb. Mənim sənətim və zəhmətim haqqında danışan axırıncı adamcıqlarsınız. Ev yıxanlar, başqasının kişisindən uşaq doğanlar. Mən bu həyatda hər şeyə tək başına nail olmuşam. Arxamda Allahdan başqa heç kim olmayıb. Heç kimin də hesabına Nadir Qafarzadə olmamışam. Sağ olsun Xalqım və Allahım! Sevənlərimə minnətdaram. Şükür bu günümə! Mən fəxri ad davası etmirəm, haqq-ədalət davası edirəm! Bu isə mənim haqqımdır. Buna "təkbaşına mübarizə" deyirlər! Əslində söz vermişdim, danışmayacağam, gördüm, susduqca it kimi diş atırsınız. Mənlə işiniz olmasın, yoxsa... Mənə bir daş atana qaya ataram!"

Xatırladaq ki, "Səhər mərkəzi" proqramına danışan rəqqasə Fatimə Fətəliyeva müğənni Elton Hüseynəliyevi “Əməkdar artist” fəxri adı alması münasibətilə təbrik edib, "Efirə çıxıb özününüzü gülünc vəziyyətə qoymayın!" - deyərək isə Nadir Qafarzadəyə söz atıb.

BAKU.WS
VİDEO