SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artisti Mətanət İsgəndərli uzun müddətdən sonra gəlini Canana ilə bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, "Günün sədası" proqramına qonaq olan ifaçı gəlini ilə münasibətlərinin əvvəl çox yaxşı olduğunu bildirib. İsgəndərli oğlunun ailəsinin dağılmasında kənar şəxslərin müdaxiləsinin olduğunu bildirib. Sənətçi gəlini Canananın övladlarını özü atıb getdiyini deyib:

"Onu yoldan çıxartdılar. Hələ də şokdayıq, atam, anam, oğlum, qohumlar, bütün ailəmiz. Görəsən, bu qıza nə oldu? Biz çox mehriban olmuşuq. Ondan çox razı idim. Deyirdim, "Səni balalarımdan ayırmıram". Gecə yatanda gedib üstünü örtürdüm. Gəlinim kim olsa idi, onu çox istəyəcəkdim. O, mənə Tuncayı, Ruhlanı, Mətanəti bəxş edib, evimin çırağını yandırıb. Balamın yarıdır. Onu balalarımdan ayırmışamsa, Allah mənə qənim olsun.

Moskvada olanda da danışdım, dedi, "istəmirəm, ayrılıram, azad olmaq istəyirəm". Dedim ki, evi də verirəm onlara, kirayədə qalaram. Öz villamı oğluma verdim, yeni aldığım evə köçdüm. Plana düşdü, onların evini sökdülər. Ona qədər kirayədə qaldılar. Şirkət pulu ödəyirdi. Heç bir çətinliyimiz yoxdur, Kərim dedi "sənlə qalaq". Ər-arvad aralarında dava düşdü, mənə zəng gəldi, getdim. Oğlum içki içmir, siqaret çəkmir, saf uşaqdır, döyməyi, söyməyi yoxdur. Uşağa hərdən nəsə edib, kim uşağını vurmur?

Kərim uşaqları döyüb-öldürürdüsə, niyə uşaqlar ondan əl çəkmir? Uşaqlar getmir anasının yanına. Mən elə qəddar deyiləm ki, ananı baladan ayırım? Uşaqları atıb evə, qulluqçu baxır, səhər çıxır, evə gecə yarı gəlir. Uşaq deyir ki, ana gələndə də ancaq telefon oynadır. Bizdə qalanda atam, yaxud da Kərim baxır. Onlara dayə, müəllimlər tutmuşam. Özün balalarını atıb getdin".

BAKU.WS
VİDEO