SİZİN REKLAM BURADA!
055 213 76 73


Meqastar Tarkan yeni imici ilə müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. İfaçı uzun saç və saqqalı ilə xeyli diqqət çəkib. 

Bu görünüşü ilə özünü Tarzana bənzədən Tarkan şəklinə status da yazıb.

“Pandemiyada saç-saqqalım tamamilə uzanıb. Narahat olmayın! Tezliklə əvvəlki görünüşümə qayıdacam”, - deyə o qeyd edib.

Sənətçinin bu paylaşımı qısa müddətdə yüz minlərlə bəyənmə toplayıb.

 

BAKU.WS